Bir şəhər, min xatirə

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev şəhər ağsaqqalları ilə görüşərək onların fikir və təkliflərini dinləyib.
Səmimi söhbət şəraitində keçən görüşdə Naxçıvanın tarixi, bugünkü inkişafı və gələcək perspektivləri, şəhərdə görülən işlər, eləcə də sakinləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ağsaqqallar zəngin həyat təcrübələrini bölüşərək şəhərin inkişafı ilə bağlı düşüncə və təkliflərini səsləndiriblər. Görüş qarşılıqlı fikir mübadiləsi, səmimi ünsiyyət və dəyərli tövsiyələrlə yadda qalıb.