1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə yaşayan ahıllarla görüşlər keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və İcra Hakimiyyətinin əməkdaşları Naxçıvan şəhərində yaşayan Rzayeva Dilarə Heydərəli qızını və Orucova Zərnişan Bağır qızını evlərində olaraq onların vəziyyəti ilə maraqlanıb, gündəlik qayğı və ehtiyaclarını dinləyiblər.Görüşlər zamanı ahılların sosial-məişət şəraiti ilə maraqlanılıb, onların qarşılaşdıqları məsələlər diqqətə alınıb, dövlət tərəfindən göstərilən sosial diqqət və qayğı barədə söhbət aparılıb.
Gülxanım Orucova bildirib ki, ahıl insanların zəngin həyat təcrübəsi, dünyagörüşü və cəmiyyətin inkişafına verdikləri töhfələr hər zaman yüksək qiymətləndirilməlidir. Ahıllara hörmət və ehtiram göstərilməsi, onların qayğı və problemlərinin diqqətdə saxlanılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Qeyd olunub ki, bu cür görüşlər ahıllara mənəvi dəstək göstərilməsi ilə yanaşı, onların ehtiyaclarının yerində öyrənilməsi və müvafiq məsələlərin aidiyyəti üzrə diqqətdə saxlanılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Səmimi söhbət zamanı ahıllar göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək minnətdarlıqlarını bildiriblər.