Bayrağımız – ilham mənbəyimiz!

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında rəsm müsabiqəsi keçirilib.
Naxçıvan şəhər 6 nömrəli İncəsənət Məktəbində keçirilən müsabiqədə 20 yeniyetmə iştirak edib.Müsabiqənin nəticələrinə əsasən, qaliblərə diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.