Basketbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə V. Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan şəhər tam orta məktəblərin oğlan komandaları arasında basketbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd Bədən Tərbiyəsi və İdman Gününün qeyd edilməsi və məktəblilər arasında idmanın kütləviliyinə nail olunmasından ibarət olub. 

Birinciliyin yekununa əsasən 7 nömrəli tam orta məktəbin komandası I, 5 nömrəli tam orta məktəbin komandası II, 17 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. 

Sonda komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları, I yerin sahibi olan 7 nömrəli tam orta məktəbin komandasına isə hədiyyələr təqdim edilib.