Oktyabrın 7-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)-nın birgə təşkilatçılığı ilə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Müvəkkil aparatının, yerli bələdiyyə orqanlarının, idarə və təşkilatların əməkdaşları iştirak ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Səftər Abdullayev və Müvəkkil aparatının əməkdaşı İmran Hüseynov giriş nitqi ilə çıxış edərək, ölkədə yerli özünüidarəetmənin inkişafı istiqamətində aparılan islahatların insan hüquqlarının təminatında oynadığı rolundan və bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin əhəmiyyətindən danışıblar.
Daha sonra Müvəkkil aparatının əməkdaşı Elnarə Hüseynova və Naxçıvan şəhər bələdiyyəsinin sədri Tahir Hüseynli mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.