24 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azad sahibkarlıq hüququnun təmin edilməsi, ailə kəndli təsərrüfatlarının maliyyə əlçatanlığının və iqtisadi səmərəliliyin artırılması” mövzusunda tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Könül Məmmədova giriş sözü ilə açaraq tədbirin mahiyyətindən söz açıb.
Daha sonra mövzu ətrafında Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və menecment" kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun və Naxçıvan şəhəri Naxçıvan bələdiyyəsi Vergi şöbəsinin müdiri Araz Allahyarovun çıxışları dinlənilibdir. Qeyd olunub ki, ailə təsərrüfatçılığının maliyyə əsasları, təsərrüfatın yaradılması, davamlı fəaliyyəti və inkişafı üçün vacib olan maliyyə mənbələri, xərclər, gəlirlər və dövlət dəstəyi mexanizmləri ilə tənzimlənir.
Ailə təsərrüfatının maliyyə əlçatanlığı ailələrin kənd təsərrüfatı fəaliyyətini qurmaq, inkişaf etdirmək və davam etdirmək üçün maliyyə resurslarına, kreditlərə, subsidiyalara, qrantlara və digər dəstək mexanizmlərinə çıxışını ifadə edir.
Tədbirin sonunda ailə təsərrüfatçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.