"Azərbaycan xalqının Dahi Lideri" adlı tədbir keçirilib

Mayın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi, polkovnik-leytenant Sultan Zamanov və idarənin əməkdaşı mayor Süleyman Mirzəyev çıxış edərək Ümummilli Liderin tarixi xidmətlərindən bəhs ediblər.
Bildirilib ki, Ulu Öndərin müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, ordumuzun, dövlətçiliyimizin inkişafı sahəsindəki fəaliyyəti əvəzsizdir. Onun qətiyyətli siyasəti nəticəsində Azərbaycanda Milli Ordu formalaşdırıldı, hərbi intizam möhkəmləndirildi. Ölkəmizin müstəqilliyini və suverenliyini qorumağa tam qadir olan Azərbaycan Ordusu Heydər Əliyevin xalqı qarşısındakı misilsiz xidmətlərindəndir. Bu gün dünyanın ən güclü ordularından biri olan silahlı qüvvələrimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir.