2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Respublikasına səfəri ilə əlaqədar olaraq Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski mətbuata birgə bəyanatla çıxış etmişlər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında səfərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu vurğulamışdır. Prezident İlham Əliyev bildirmişdir ki, son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.Bəyanatda xüsusilə enerji təhlükəsizliyi məsələlərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.Həmçinin dövlət başçısı hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldığını və bu sahədə çox böyük perspektivlərin olduğunu qeyd etmişdir. Prezident bildirib ki, həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.Prezident İlham Əliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulamış, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyini qeyd etmişdir. Bununla yanaşı, humanitar məsələlərdə əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı dəstəyin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.Sonda dövlət başçısı Prezident Volodimir Zelenskinin səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmiş, gələcəkdə yüksək səviyyəli təmasların davam etdiriləcəyini bildirmişdir.Qeyd edək ki, Prezident Zelenskinin səfəri Azərbaycan-Ukrayna əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirərək, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.