Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilən təltifolunma mərasimində dövlət başçıları qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif ediliblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunub.
Eyni zamanda Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın ən yüksək dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunub.
Mərasimdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edərək Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığının, qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
#Azərbaycan #Qırğızıstan #İlhamƏliyev #SadırJaparov #StratejiTərəfdaşlıq #Dostluq #Əməkdaşlıq