“Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat -100" layihəsi çərçivəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib, şagird-valideyn-müəllim münasibətlərindən danışıblar. Valideynlərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilən tədbir diskussiya şəraitində davam edib.