Azərbaycan bayrağını müqəddəsləşdirən yalnız onun and yerimiz olması deyil, həm də dövlətimizin və xalqımızın gələcək yolunu müəyyənləşdirən milli qürur rəmzi olmasıdır.
Bu gün ən yüksək zirvələrdə, işğaldan azad edilmiş ərazilərdə və bütöv Azərbaycan torpağında dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünü, xalqımızın birliyini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.
Bayrağımız daim yüksəklərdə dalğalansın!