8 Noyabr-Zəfər Günü ilə əlaqədar Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən birinciliyin əsas məqsədi Zəfər gününün qeyd edilməsi və yeniyetmələrin sağlam həyat tərzinə cəlb olunması olub.

Naxçıvan şəhər V.Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında keçirilən birinciliyin yekununa əsasən 9 nömrəli tam orta məktəbin komandası I, 14 nömrəli tam orta məktəbin komandası II, 7 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Yer tutan komanda və komanda üzvləri təşkilatçıların diplomları və kubokları ilə təltif olunublar.