Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə Naxçıvan şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid anaları, bacıları, şəhid xanımları və onların övladları iştirak ediblər.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov və 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Səriyyə Əhmədova çıxış edərək şəhid ailələrini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıbar.
Daha sonra bağçanın balaca fidanlarının ifasında şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə şəhid Xansu Qurbanovun anası Yamən Abbasova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şəhid analarına, bacılarına şəhid xanımlarına və şəhidlərimizin bizə əmanəti olan qız övladlarına güllər təqdim olunub, xatirə şəkli çəkdirilib.