8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə məktəbli qızlar arasında voleybol birinciliyi keçirilib

6 mart 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında voleybol üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən birinciliyin nəticələrinə əsasən 17 nömrəli tam orta məktəbin komandası I yerin, 10 nömrəli tam orta məktəbin komandası II yerin və 5 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibləri olublar.
Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları, hədiyyələri, qalib komandaya isə kubok təqdim olunub.