Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Naxçıvan şəhər təşkilatının inzibati binasında baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xanım deputatları, ərazi partiya təşkilatlarının xanım sədrləri, partiya veteranları və gənclər iştirak ediblər.
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxış edərək, tarix boyu Azərbaycan qadınının cəmiyyətimizdə oynadığı mühüm rolundan, göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, qadınları bu bayram münasibətilə təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır. Bütün tədbir iştirakçılarına bayram münasibətilə gül və hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Gülxarə Tarverdiyeva, Zeynəb Quliyeva, partiya fəalı Aidə Allahverdiyeva və partiya veteranı Tamara Baxşəliyeva çıxış edərək fikirlərini bölüşmüş, göstərilən diqqətə görə minnətdarlıq etmişlər.