Əziz və dəyərli xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cəmiyyətimizin inkişafında, ailə dəyərlərinin qorunmasında və gələcək nəsillərin yetişdirilməsində qadınların rolu əvəzsizdir. Azərbaycan qadını hər zaman öz zəhməti, fədakarlığı və müdrikliyi ilə seçilmiş, ölkəmizin ictimai həyatında mühüm yer tutmuşdur.
Bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.