7 aprel – Ümumdünya Sağlamlıq Günüdür

Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd olunur və qlobal sağlamlıq təqvimində əlamətdar tarixdir. Bu, ictimaiyyətin diqqətini sağlamlıq problemlərinə cəlb etmək və hər kəsi fiziki və mənəvi rifahı üçün məsuliyyət daşımağa təşviq etmək üçün nəzərdə tutulmuş beynəlxalq bayramdır. Bu bayram Ümumdünya Səhiyyə Təşkilatının yaradılması ilə üst-üstə düşür. Belə ki, bu qurum 7 aprel 1948-ci ildə yaradılmışdır. Əsas məqsədi dünyadakı bütün insanlara yüksək səviyyədə tibbi xidmət göstərməkdir.
Ümumdünya Sağlamlıq Günü bizə rifahımız üçün şəxsi məsuliyyətin zəruriliyini xatırlatmaqla yanaşı, yoluxucu xəstəliklərlə mübarizə, xroniki xəstəliklərin qarşısının alınması, səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti, sağlam həyat tərzinin təbliği kimi qlobal problemlərə də diqqəti cəlb edir.
Ümumdünya Sağlamlıq Günü ilə bağlı keçirilən tədbirlər bütün dünyada insanlar üçün sağlamlığın qorunmasının vacibliyi haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.