5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr dünya ictimaiyyətinin böyük ehtiram və məhəbbətlə qarşıladığı, daim qəlbində yaşatdığı müəllimlərin peşə bayramı – Beynəlxalq Müəllimlər Günüdür.
Ölkəmizdə Müəllimlər Günü 1993-cü ildən etibarən qeyd olunur. Bu əlamətdar gün həyatını xalqın işıqlı gələcəyinə, savadlı və vətənpərvər nəslin yetişdirilməsinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Ümummilli Lider Heydər Əliyev müəllim əməyinə hər zaman yüksək qiymət verib, təhsil işçilərinə böyük hörmət və ehtiramla yanaşıb. Ulu Öndərin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözləri müəllim peşəsinin cəmiyyətdəki əvəzsiz rolunu ən gözəl şəkildə ifadə edir.
Artıq altıncı ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq qeyd edir. Müəllimlərimiz Vətənə, xalqa və gələcək nəsillərə layiqli xidmət göstərərək ölkəmizin inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə mühüm töhfələr verirlər.
Bu əlamətdar gündə bütün müəllimləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və şərəfli peşələrində yeni nailiyyətlər arzulayırıq.
Bütün müəllimlərimizin Beynəlxalq Müəllimlər Günü mübarək!