33 il əvvəl Xocalıda insanlıq tarixinə qara hərflərlə yazılan bir faciə yaşandı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.2020-ci il Vətən müharibəsindən sonra Xocalı faciəsi dərin hüzn və böyük kədərlə yanaşı, həm də milli qürur hissi ilə də qeyd edilir.

Qeyd edəb ki, artıq bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb. 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Silahlı Qüvvələrimiz Ermənistan ordusunu diz çökdürdü. Otuzillik torpaq həsrətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.

Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Allah onlara rəhmət eləsin.