30 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin ictimaiyyət nümayəndələri və ziyalılarla görüşü keçirilib

Görüş zamanı ölkəmizdə və Naxçıvan şəhərində görülmüş işlər, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tərəfindən ətraflı məlumat verilib.
İctimaiyyət nümayəndələri ilə birgə müzakirələr aparılıb, mövcud problemlər və onların həlli istiqamətində bir sıra təkliflər irəli sürülüb.
Görüş səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, ictimaiyyət nümayəndələrinin səsləndirdiyi təkliflərin icrası istiqamətində müvafiq tapşırıqlar verilib.