Bu il Azərbaycanın müstəqilliyinin 106-cı ildönümdür. Bu münasibətlə Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən “Gənclik” Mərkəzində “Sən qalibsən Azərbaycan !” adlı tədbir keçirilib.
Şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər uşaqların vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, artıq dörd ildir xalqımız müstəqillik gününü Qalib Azərbaycanda qeyd edir, bunun haqlı qürurunu yaşayır.
Tədbirin bədii hissəsində bağçanın balaca fidanları ifa etdikləri şeir, mahnı və rəqslərlə Vətənimiz Azərbaycana öz məhəbbətlərini ifadə ediblər.