26 sentyabr 2025-ci il tarixdə Naxçıvan şəhərində yerləşən Naxçıvan Qarnizonu tam orta məktəbində “27 sentyabr - Anım Günü”nə həsr olunmuş Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın, Vətən fədailərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq tədbir keçirilib.
Tədbirdə ilk öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov açaraq İkinci Qarabağ müharibəsinin başlanması, Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi zəfər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər qiraət olunub. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sinif otaqlarında şagirdlərlə birlikdə xatirə şəkili çəkdirilib.