27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Naxçıvan şəhərində şəhid məzarları ziyarət olunub

Sentyabrın 27-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri Naxçıvan şəhərində yerləşən Naxçıvan şəhər qəbiristanlığı, Qaraçuq və Tumbul kənd qəbiristanlığı, Əliabad qəsəbə qəbiristanlığı və Naxçıvan şəhər Xətai məhələsində yerləşən qəbiristanlıqlarda şəhid məzarlarını ziyarət ediblər.
Tədbir iştirakçıları şəhidlərin ruhlarına hörmət və ehtiram əlaməti olaraq şəhid məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad edib, ruhlarına dualar edilib, ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər.