27 sentyabr - Anım Günü

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.     
Vətənimizin azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq!