24 oktyabr 2024-cü il tarixdə şəhid Cəmiyev Aşur Bəybala oğlunun xatirəsi anılıb.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin, Sərhəd Qoşunlarının, Əlahiddə Ümumqoşun Ordunun və ictimaiyyətin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin döyüş yolundan, şücaətindən danışıblar. Şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər qiraət ediblər.

Sonra İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi müdiri və böyük məsləhətçisi şəhid Əliyev Oqtayın anası Lətifə xanımı ziyarət edib, onun qayğı və problemləri ilə maraqlanıblar. Şəhid anası göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.