İyun ayının 4-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin 2024-2025-ci tədris ilində yekun konserti keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, YAP sədrinin müavini Rail Tağızadə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar şöbəsinin baş məsləhətçisi Həsən Kərimov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Həcərxanım Məmmədova, Naxçıvan Dövlət Filarmoniyasının müdiri Vəli Səfərov, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri Azər Cəfərli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları Rəfail Əhmədov və Sevinc Əliyeva, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi İmamqulu Əhmədov iştirak ediblər.
Konsertdə Azərbaycan bəstəkarlarının xalq mahnıları və xarici bəstəkarların əsərləri səsləndirilib.
Sonda məktəbin müəllim və şagird kollektivi Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.