Yanvarın 17-də S. Rəcəbov adına Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Azadlıq yolu” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim və şagirdləri tərəfindən dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər səsləndirilib, şəhidlərimizə və Vətənimizə həsr edilmiş şeirlər qiraət edilib, səhnəcik nümayiş olunub.