2 Oktyabr – Ümumdünya Zorakılıqla Mübarizə Günü

2007-ci il 15 iyun tarixdən etibarən hər il oktyabrın 2-si Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Bu əlamətdar tarix BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günü münasibətilə təsis edilib. Qəbul olunmuş qətnamədə də qeyd olunduğu kimi, bu günün əsas məqsədi insanlara sülh, dözümlülük anlayışı və zorakılıqdan imtina mədəniyyətini çatdırmaqdır.2010-cu ildə Azərbaycanda məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilib. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu məişət zorakılığının qarşısının alınması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, onlara hüquqi, tibbi, psixoloji və sosial yardım göstərilməsi, həmçinin zorakılığın mənfi nəticələri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Qanunda fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıq anlayışları müəyyən edilir.
Zorakılığın qarşısının alınması yalnız hüquqi məsuliyyət məsələsi deyil, həm də sağlam və təhlükəsiz cəmiyyətin formalaşdırılması istiqamətində mühüm ictimai vəzifədir.
Zorakılığa yox deyək, qarşılıqlı hörmət və təhlükəsiz cəmiyyət naminə həmrəy olaq!