Bu gün ölkəmizdə ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması və qanunun aliliyinin keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisinin peşə bayramıdır.
Azərbaycan Polisi yarandığı gündən dövlətçiliyimizə sədaqətlə xidmət edərək, ictimai sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Vətənə və xalqa şərəflə xidmət edən, çətin və məsuliyyətli vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirən bütün polis əməkdaşlarını 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edir, onlara xidmətlərində uğurlar arzulayırıq.
Peşə bayramınız mübarək!