18 oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət planına əsasən 12 saylı körpələr evi-uşaq bağçasında “Balaca dahilər” adlı tədbir keçirilib.

Bağçanın böyük qruplarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə intellektual oyunda öz bilik və bacarıqlarını sınayan balaca fidanlar daha sonra Vətənimiz Azərbaycana həsr olunmuş nəğmələr söyləyib, milli rəqslərimizi ifa ediblər.

Sonda uşaqlar təltif ediliblər.