Ümummilli Lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin tarixi günün əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilmişdir.
Bu əlamətdar gün ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may tarixindən 18 iyun tarixinədək Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunur və respublikanın hər yerində hüquqi maarifləndirmə sahəsində müxtəlif səpgili tədbirlər həyata keçirilir.
Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən "İnsan Hüquqları Aylığı" çərçivəsində görüləcək işlərlə bağlı tədbirlər planı hazılanmış və aidiyyəti qurumların iştirakı ilə bir sıra maarifləndirmə tədbirləri və monitorinqlər keçirilmişdir.
Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 10 iyun 2025-ci il tarixdə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxs, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Naxçıvan şəhər sektoru və Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə birgə “İnsan Hüquqları Aylığı” ilə əlaqədar olaraq “Sağlam həyat mənim hüququmdur” adlı tədbir, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə birgə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə tam orta məktəblərin qız komandaları arasında stolüstü tennis üzrə birincilik, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzuzunda maarifləndirici tədbir, Naxçıvan Şəhər Uşaq Gənclər İdman Məktəbində “Uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı” maarifləndirici seminar, 11-12 iyun tarixlərində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya” tərəfindən Naxçıvan şəhərində yerləşən bir sıra ictimai iaşə obyektlərində, ”Cahan Ticarət Mərkəzi” və “Mərkəzi Bazar”da monitorinqlər keçirilmişdir. Monitorinqlər zamanı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici broşürlər də paylanmışdır.
Ay ərzində Naxçıvan Şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında mövzu ilə bağlı paylaşımlarda #İnsanHüquqlarıAylığı və #HumainRightsMonth həştəqlərindən də istifadə edilmişdir. Həmçinin 17 iyun tarixində müvafiq dövlət orqanlarının iştirakı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində “Açıq qapı günü” keçirilmişdir.