1939-cu il təvəllüdlü Dilarə Ələkbərova Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub. Tədbirdə onun keçdiyi həyat yoluna nəzər salınıb, uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb, veteranın ömür yolunun gənclər üçün örnək olduğu bildirilib.
Dilarə Ələkbərova uzun illər müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək bildirib ki, ömrünü həsr etdiyi işlərdə həmişə dövlətə, dövlətçiliyə bağlı olub. Müxtəlif yüksək vəzifələrdə çalışmağına baxmayaraq sadəliyin insani keyfiyyət olduğunu deyən Dilarə Ələkbərova ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Sonda Dilarə Ələkbərova “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub, Naxçıvan Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.