1 OKTYABR – PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı qeyd olunur.
Prokurorluq orqanları ölkəmizdə qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir.
Bu gün Azərbaycan Prokurorluğunun əməkdaşları peşə bayramlarını ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycanın vətəndaşları kimi qeyd edirlər.
Bu əlamətdar gün münasibətilə prokurorluq işçilərini təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!