1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi ölkəmizdə 1993-cü ildən hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunur.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən ilə gücləndirilməsidir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılır.