1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim edilib

İyun ayının 1-də Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarımızın ailələri ziyarət edilmiş, onların bizlərə əmanəti olan övladlarına bayram hədiyyələri təqdim olunmuşdur.
Qeyd edək ki, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə 19 şəhid və 34 qazi övladına bayram hədiyyələri təqdim edilmişdir.