1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Xəmsə”, “Nə? Harada? Nə zaman?” və “Emoji oyunu”ndan ibarət intellektual yarış təşkil olunub

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı tərəfindən Əcəmi seyrəngahında uşaqlar üçün “Xəmsə”, “Nə? Harada? Nə zaman?” və “Emoji oyunu”ndan ibarət intellektual yarış təşkil olunub, qaliblər diplomla mükafatlandırılıb.

 

Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib.