Festival Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tarix: 1 iyun 2026-cı il
Saat: 18:00
Məkan: Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı (Uşaq şəhərciyi)
Festival çərçivəsində uşaqlar üçün əyləncə proqramları, yaradıcılıq sərgiləri, musiqi və rəqs nömrələri, intellektual oyunlar, müsabiqələr və müxtəlif maraqlı təqdimatlar təşkil olunacaq.
Bütün uşaqları, valideynləri və şəhər sakinlərini bayram tədbirində iştirak etməyə dəvət edirik!