Şəhər haqqında
Naxçıvan şəhərinin ərazisi 191,57 km2, əhalisi 97,815 min nəfərdir (01.12.2024-cü il).
Naxçıvan şəhərində 1 qəsəbə və 5 kənd vardır. Azərbaycanın ən qədim şəhərlərindən biridir. Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80 C , iyulda 26,90 C, illik yağıntı 236 mm-dir.
İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmiryolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır.
Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 4 orta ixtisas, Naxçıvan Şəhər Peşə Liseyi, Naxçıvan Şəhər Peşə və Sürücülük Məktəbi, 21 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar və 13 məktəbəqədər təhsil müəssisələri, 8 kitabxana, 1 klub müəssisəsi, 13 muzey, 6 musiqi məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Xalq Teatrı, Naxçıvan Dövlət Film Fondu, Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Rəsm Qalereyası, İlham Əliyev adına Olimpiya İdman Kompleksi, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin tabeliyində Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Naxçıvan Muxtar Respublika Stadionu, Şahmat Mərkəzi,"Saat Meydanı" turistik istirahət mərkəzi, Naxçıvan Regional Peşə Tədris Mərkəzi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi, Naxçıvan Biznes Mərkəzi, Gənclər Mərkəzi, 13 mədəniyyət və istirahət parkı, "Gənclik" Mərkəzi, 2 xəstəxana, 3 tibb mərkəzi, 2 dispanser, 1 poliklinika, 1 həkim ambulatoriyası, 3 feldşer-mama məntəqəsi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi, dövlət orqanları və digər xidməti infrastruktur obyektləri vardır.
Naxçıvan şəhərində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyət göstərir.
"Şərq qapısı" 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisidir.
Naxçıvan şəhərinin ərazisindən keçən avtomobil yolu birinci dərəcəli yol olmaqla uzunluğu 7 kilometrdir. Dəmir yolunun uzunluğu isə 1,6 kilometr olmaqla ikinci dərəcəli yoldur.