NAXÇIVAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ
MƏKTUB YAZMAQ QAYDALARI
NAXÇIVAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:
Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Naxçıvan Şəhər İcra Hakimiyyətinin məktublar şöbəsinə daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
Naxçıvan şəhər, Heydər Əliyev Prospekti 66, Naxçıvan Şəhər İcra Hakimiyyəti