2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

 

Naxçıvan şəhərində 2026-cı ilin yanvar-iyun aylarında iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmişdir.

Belə ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında ümumi məhsul buraxılışı 0,4 faiz artmış, sənaye məhsulu 4,1 faiz və kənd təsərrüfatı məhsulu isə 6,6 faiz azalmışdır. Əsas kapitala yönəldilmiş investisiyalar 0,8 faiz, ondan tikinti-quraşdırma işləri 27,8 faiz, nəqliyyat sektorunda yük daşınması 1,2 faiz, nəqliyyat sektorunda sərnişin daşınması 0,7 faiz, pərakəndə ticarət dövriyyəsi 1,0 faiz artmış, informasiya və rabitə xidmətləri 62,9 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər 7,6 faiz azalmışdır. 

 

Ümumi məhsul buraxılışı 

Naxçıvan şəhərində 2026-cı ilin yanvar-iyun aylarıında 350 milyon 551 min 300 manatlıq məhsul buraxılışı qeydə alınmışdır ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.                            

Fəaliyyət sahələri

2026-cı ilin yanvar-iyun ayları, faktiki qiymətlərlə, min manat

Yekuna nisbətən, faizlə

Sənaye

135346,5

38,6

Tikinti-quraşdırma

56692,0

16,2

Kənd təsərrüfatı

5915,0

1,7

Nəqliyyat və anbar təsərrüfatı

26868,5

7,6

İnformasiya və rabitə

6647,2

1,9

Ticarət

119082,1

34,0

YEKUN

350551,3

100,0

 

Sənaye 

           Naxçıvan şəhəri üzrə 2026-cı ilin yanvar-iyun aylarında 135 milyon 346 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz azalmışdır.
           Sənayedə dövlət sektorunun payı 31 milyon 593 min 200 manat və ya 23,3 faiz, qeyri-dövlət sektorunun payı 103 milyon 753 min 300 manat və ya 76,7 faiz olmuşdur.
           Bu dövrdə Naxçıvan şəhəri üzrə istehsal olunmuş məhsulun 87 min 700 manatı və ya 0,1 faizi mədənçıxarma sənayesi, 102 milyon 211 min 100 manatı və ya 75,5 faizi emal sənayesi, 29 milyon 187 min 200 manatı və ya 21,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3 milyon 860 min 500 manatı və ya 2,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

 

Tikinti-quruculuq

          Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Naxçıvan şəhərində 2026-cı ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 65  milyon 25 min 300 manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 27,8 faiz artaraq  56 milyon 692 min manat təşkil etmişdir.
             Əsas kapitala yönəldilmiş investisiyaların 35 milyon 548 min 100 manatı və ya 54,7 faizi dövlət mülkiyyətinin, 29 milyon 477 min 200 manatı və ya 45,3 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşmüşdür.

 

Kənd təsərrüfatı

         Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üçün ardıcıl tədbirlər davam etdirilmişdir. 2026-cı ilin yanvar-iyun aylarında 5 milyon 915 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz azdır.

 

Naxçıvan şəhərində mal-qaranın sayı, baş

Göstəricilərin adı

1 iyul

2026-cı il tarixə

1 iyul

2025-ci il tarixə

analoji nisbət, faizlə

İribuynuzlu mal-qara

2479

2068

119,9

ondan:

inək-camışlar

1829

1518

120,5

Qoyun və keçilər

11541

9518

121,3

 

2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində diri çəkidə 1 137,6  ton ət, 873,0 ton süd, 1 501,0 min ədəd yumurta və 16,7 ton yun istehsal olunmuşdur ki, bu da  2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8,7 faiz, yumurta istehsalı 3,4 faiz azalmış, süd istehsalı  4,3 faiz, yun istehsalı isə 6,4 faiz artmışdır.

Naxçıvan şəhərində heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

Məhsulların adı

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

analoji

nisbət,

faizlə

Ət (diri çəkidə), ton

1137,6

1246,6

91,3

Süd, ton

873,0

837,4

104,3

Yumurta, min ədəd

1501,0

1554,0

96,6

Yun, ton

16,7

15,7

106,4

  

Kənd təsərrüfatı məhsulu haqqında

                                                                                             min manat

Sahələr

2026-cı ilin yanvar-iyun aylarında

 2025-ci ilin ötən dövrünə nisbətən, faizlə

Heyvandarlıq

5522,1

92,5

Bitkiçilik

392,9

107,5

Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı

5915,0

93,4

 

Naxçıvan şəhərinin kənd təsərrüfatı sektorunda 2026-cı ilin yanvar-iyun aylarında 5 milyon 915 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz azdır.

 

Nəqliyyat, informasiya və rabitə 

          Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində Naxçıvan şəhərində ardıcıl tədbirlər həyata keçirilir.

2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1458,0 min ton yük, 12286,7  min sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə  müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 0,7 faiz artmışdır.

 

İstehlak bazarı

        Naxçıvan şəhərində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 1,0 faiz artaraq 360 milyon 854 min 800 manat təşkil etmişdir. İctimai iaşə dövriyyəsi 9 milyon 819 min 100 manat təşkil etmişdir ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz azalaraq 33 milyon 553 min 800 manat təşkil etmişdir.

Naxçıvan şəhəri üzrə 2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət, ictimai iaşə dövriyyələri və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Müqayisə predmeti

2026-cı ilin yanvar-iyun aylarında

2025-ci ilin ötən dövrünə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi, min manat

360854,8

101,0

İctimai iaşə dövriyyəsi,

min manat

9819,1

101,8

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

33553,8

92,4

 

Yeni iş yerləri

            Yeni sahibkarlıq subyektlərinin yaradılması yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Belə ki, 2026-cı ilin ikinci rübündə Naxçıvan şəhərində 400 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 360-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 40-ı isə mövcud müəssisə və təşkilatlarda olmuşdur.    

Açılmış iş yerlərinin müxtəlif təşkilatlar üzrə bölgüsü 2026-cı ilin l rübü  2026-cı ilin lI rübü 

Cəmi

Açılmış iş yerlərinin sayı, cəmi

206

400

606

o cümlədən

 

 

 

yeni yaradılmış müəssisə və təşkilatlarda

172

360

532

mövcud müəssisə və təşkilatlarda

34

40

74

 

Naxçıvan şəhərinin iqtisadi və sosial inkişafının əsas göstəriciləri 

Müqayisə predmeti

2026-cı ilin yanvar-iyun ayları, faktiki

2025-ci ilin ötən dövrünə nisbətən, faizlə

Ümumi məhsul buraxılışı,

min manat

350551,3

100,4

Sənaye məhsulu,

min manat

135346,5

95,9

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

ondan tikinti-quraşdırma işləri

65025,3

56692,0

100,8

127,8

Kənd təsərrüfatı məhsulu,

min manat

5915,0

93,4

Nəqliyyat sektorunda yük daşınması, min ton

1458,0

101,2

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

12286,7

100,7

İnformasiya və rabitə xidmətləri,

min manat

6647,2

37,1

Pərakəndə ticarət dövriyyəsi,

min manat

360854,8

101,0

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

33553,8

92,4